Bill Qeytsin gizli sevgilisi məşhur rus casusla yan-yana - FOTO

DÜNYA
17:32 / 28.05.2023
445
Amerikalı iş adamı Bill Qeytsin gizli sevgilisi olduğu iddia edilən özündən 28 yaş kiçik Mila Antonovanın "Qırmızı agent” ləqəbli rus casusu Anna Çepmanla fotosunun ortaya çıxması söz-söhbətlərə səbəb olub.
 
Qaynarinfo xəbər verir ki, ötən günlərdə ABŞ-da cinsi istismar, fahişəlik və insan alveri ittihamı ilə saxlandığı həbsxanasında 2019-cu ildə intihar edən iş adamı Cefri Epşteynin "Microsoft"un qurucusu Bill Qeytsi "Rus qadınla münasibətlərini ifşa edəcəm" deyə təhdid etdiyini göstərən məxfi yazışmalar ortaya çıxmışdı. Mila Antonova və Anna Çapmanın Nyu-York küçələrində çəkilmiş fotosunu dərc edən Britaniyanın "Daily Mail" qəzetinə görə, bu kadr Bill Qeytsin eşq macərası ilə bağlı suallar doğurub.
 
Anna Çapman-Mila Antonova
 
67 yaşlı Bill Qeytsin Mila Antonovanın (39) Anna Çapmanla mümkün əlaqəsindən xəbəri olub-olmadığı məlum deyil. Əslində Antonovanın da Çapmanın vəziyyətindən xəbəri olub-olmadığı barədə məlumat yoxdu. Amerika Federal Təhqiqat Bürosu (FTB) 2010-cu ildə Anna Çapmanın da üzvü olduğu Rusiya casusluq şəbəkəsini ifşa edib və qrup Rusiyaya deportasiya olunub. Rusiyada doğulan Çapman Britaniya vətəndaşı ilə ailə qurduqdan sonra ABŞ-da məskunlaşıb və onun geniş əlaqələri üzə çıxıb. Çapman və Antonovanın yollarının necə kəsişdiyi bəlli deyil.
 
Bill Qeyts-Mila Antonova
 
2000-05-ci illərdə Rusiyanın Samara bölgəsindəki Togliatti Biznes İnstitutunda təhsil alan Mila Antonova bir il sonra Nyu-Yorkda məskunlaşıb. Onun Bill Qeytslə yollarının 2009-cu ildə Vaşinqtonda keçirilən Şimali Amerika Briç Çempionatında kəsişdiyi təxmin edilir. "Microsoft"un qurucularından olan Bill Qeyts bu oyuna olan marağı ilə də tanınır.
 
Bill Qeyts o dövrdə üç övladının anası Melinda ilə evli idi. Qeyts və Mila bu dəfə yeddi ay sonra Nevada ştatının Reno şəhərində keçirilən turnirdə yan-yana görünür. Bir neçə ay sonra Nyu-Yorkda keçirilən tədbirdə çıxış edən Mila Qeytsdən bəhs edərək, "İki il əvvəl hamıya "mən bu adamla tanış olacam" dedim. Heç kim mənə inanmadı. Keçən il Vaşinqtonda keçirilən turnirdə ona qarşı oynamışam. Mən onu yenə bilmədim, amma "təpik atmağa" çalışdım”, deyib.
 
0