Paşinyan yenidən Moskvaya gedir

DÜNYA
18:28 / 29.05.2023
277

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-9-da yenidən Moskvaya işgüzar səfərə gedəcək.

HİT.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov jurnalistlərə bildirib.


"Onu Rusiya Federasiyası Nazirlər Kabinetinin rəhbəri Mixail Mişustin qəbul edəcək", - Paltov deyib.

Qeyd edək ki, Nikol Paşinyan sonuncu dəfə mayın 25-də Moskvada olmuşdu.

0