İYİ Partiya \"Millət İttifaqı\"ndan ayrılır?

10:54 / 31.05.2023
407

Türkiyə müxalifəti seçkilərdəki məğlubiyyətin ardından parçalanmağa başlayıb.

HİT.az xəbər verir ki, İYİ Partiyanın "Millət İttifaqı"ndan ayrılacağı önə sürülüb.

"CNN Türk"ün xəbərinə görə, partiyanın idarə heyətinin üzvləri "koalisiya seçkilərdə olar, müxalifətdə ittiifaq olmaz" fikirlərinə sahibdirlər.

İYİ Partiyanın bundan sonrakı dönəmdə Cümhuriyyət Xalq Partiyasından (CHP) və ya digər "Millət İttifaqı" partiyaları ilə deyil, müstəqil siyasət aparacağı söylənilir.

Qeyd edək ki, seçkilərdəki məğlubiyyətin ardından İYİ Partiya üzvləri partiya sədri Meral Akşenerin istefasını tələb ediblər. Xüsusilə, Akşenerin masadan qalxıb, yenidən qayıtması və hər fürsətdə "qazanacaq namizəd" kriteriyasını açıqladıqdan sonra CHP sədri Kamal Kılıçdaroğlunu dəstəkləməsi tənqidlərə səbəb olub.

Pərviz

0