ABŞ İsveçi NATO-ya üzv olmağa tam hazır hesab edir, Türkiyə isə...

DÜNYA
12:00 / 31.05.2023
304

ABŞ-ın dövlət katibi Entoni Blinkenin sözlərinə görə, İsveç NATO-ya üzv olmağa hazırdır.

HİT.az xəbər verir ki, dövlət katibi bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna deyib.

Blinken və Çavuşoğlu NATO-nun ortaq xəttinin əhəmiyyətinə diqqət çəkib. ABŞ dövlət katibi İsveçin Alyansa qoşulmağa hazır olduğuna əminliyini təsdiqləyib.

Finlandiya və İsveç ötən ilin mayında Ukraynada baş verən hadisələr fonunda Alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizələr təqdim ediblər. Alyansa daxil olmaq üçün onun bütün üzvlərinin razılığı tələb olunur. Əvvəlcə Türkiyə ərizə prosesini əngəlləyib, lakin iyunun 29-da Türkiyə, İsveç və Finlandiya təhlükəsizlik memorandumu imzalayıb.

NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə görə, Ankaranın terrorizmlə mübarizə ilə bağlı bütün narahatlıqlarını nəzərə alır. 2023-cü ilin əvvəlinə qədər İsveç və Finlandiyanın müraciətləri NATO-ya daxil olan 30 ölkədən 28-i tərəfindən ratifikasiya edilmişdi. Lakin Macarıstan və Türkiyə İsveçin müraciətini Finlandiyadan ayrıca nəzərdən keçirmək istəyirdi.

Samir

0