Bu ölkə Putinə toxunulmazlıq verdi

DÜNYA
13:35 / 31.05.2023
378

Cənubi Afrika Respublikası (CAR) Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən axtarışa verilən Rusiya prezidenti Vladimir Putinin qatıla biləcəyi BRİCS sammitinin iştirakçılarına toxunulmazlıq verib.

HİT.Az xəbər verir ki, bu barədə "Bloomberg" ölkənin Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nümayəndəsinə istinadən xəbər yayıb.

"Bu, iştirak səviyyəsindən asılı olmayaraq, Cənubi Afrikada təşkil olunan bütün beynəlxalq konfranslar və sammitlər üçün həyata keçirdiyimiz proseslərin standart qrantıdır", deyə rəsmi nümayəndə bildirib.

Eyni zamanda, aydınlaşdırılır ki, BRİCS-in iclaslarına toxunulmazlığın verilməsi “hər hansı Beynəlxalq Tribunalın konfrans iştirakçısına qarşı çıxara biləcəyi orderi ləğv etmir".

Xatırladaq ki, martın 17-də Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Vladimir Putinin, eləcə də Uşaq Hüquqları üzrə Müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Məhkəmə ukraynalı uşaqların deportasiyasına görə Putinin şəxsi məsuliyyət daşıdığına inanmağa imkan verən “ağıllı əsaslara” istinad edib.

Samir

1