ABŞ-da defoltun qarşısını almaq üçün razılaşma Bayden administrasiyasının Ukraynaya əlavə yardım göstərmək imkanlarını məhdudlaşdırmayacaq.
HİT.Az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.
Ağ Ev nümayəndəsinin sözlərinə görə, ABŞ Kiyevi silah tədarükünün davam edəcəyinə inandırmağa ümid edir.
Əlavə hərbi yardım sazişin federal xərclər üzrə limitinə tabe olmayan əlavə tədbir kimi Konqresdən keçəcək. İndi Konqresdən keçən kompromis tədbir müdafiə xərclərini 3,3 faiz artıracaq.
Ağ Evin Konqresdən Ukrayna üçün əlavə maliyyə tələb edib-etməməsi və əgər belə olarsa, nə vaxt tələb olunacağı hələlik bəlli deyil.
Dekabr ayında prezident Co Bayden ilin sonuna qədər Ukraynaya 45 milyard dollarlıq yardım paketini imzalayıb. Administrasiya rəsmiləri, maliyyə ilinin sonuna (sentyabr ayı) qədər bunu təmin etmək üçün kifayət qədər pul təmin etmələri lazım olduğunu söyləyib.
Dövlət Departamentinin məlumatına görə, 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ABŞ təhlükəsizlik üçün Ukraynaya 36,9 milyard dollar yardım edib.
Samir