AK rəhbəri "Ukraynada atəşkəs"ə qarşı çıxdı

DÜNYA
22:21 / 31.05.2023
403

Avropa Komissiyasının rəhbəri Ukraynada atəşkəsə qarşı çıxıb Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Slovakiyada keçirilən forumda çıxışı zamanı bəzi dövlətlərin Ukraynada atəşkəsə çağıran təkliflərinin əleyhinə olduğunu bildirib.

HİT.Az-ın xəbərinə görə, Ursula fon der Leyen hesab edir ki, bu baş verərsə, “münaqişə donmuş vəziyyətdə qalacaq” və təmas xətti region üçün sabitliyin pozulması mənbəyinə çevriləcək. Onun fikrincə, ədalətli dünya üçün Moskva öz qoşunlarını və texnikasını Ukrayna ərazisindən çıxarmalıdır.

Avropa Komissiyasının rəhbəri Avropa liderlərinin Kiyevlə məsləhətləşmədən Ukrayna ilə bağlı heç bir qərar qəbul etməyəcəyini bildirib.

Bundan əlavə, fon der Leyen Ukrayna lideri Volodimir Zelenskinin “sülh formulu”nu dəstəkləyib.

Samir

0