ABŞ Ukraynaya əks-hücum üçün hər şeyi verib - Ağ Ev

DÜNYA
23:23 / 02.06.2023
287

ABŞ və müttəfiqləri Ukraynanı əks-hücum üçün hazırlamaq üçün əlindən gələni edib.

Hit.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Biz Ukraynanın əks-hücum ehtiyacını qarşıladıq. Onların nə vaxt başlayacağı özlərindən asılıdır. Amma əminik ki, buna hazırlaşmaq üçün mümkün olan hər şeyi etdik", deyə Kirbi bildirib.

O qeyd edib ki, söhbət təkcə hava hücumundan müdafiə sistemləri, zirehli texnika və artilleriyadan deyil, həm də sursat və hərbi hazırlıqdan gedir.

“Biz onların “alış-veriş siyahısı”nı tamamladığımıza və ehtiyac duyduqlarına sahib olduqlarına əmin olmaq üçün son bir neçə ay ərzində çox iş görmüşük”, deyə Kirbi izah edib.

O əlavə edib ki, ABŞ atəşkəs çağırışlarını dəstəkləməyəcək, çünki bu, yalnız vəziyyəti “donduracaq” və Ukrayna ərazisinin işğalını qanuniləşdirəcək.

Onun fikrincə, bundan əlavə, Ukraynadan qoşunlar çıxarılmadan atəşkəs Rusiya prezidenti Vladimir Putinə “ələ keçirdiyi əraziyə nəzarəti gücləndirməyə” imkan verəcək və ona “dincəlmək, yenidən silahlandırmaq və yenidən hücum etmək üçün vaxt və məkan” verəcək.

Samir

0