Lukaşenko Sapeqanı əfv edərək Rusiyaya göndərdi

19:51 / 07.06.2023
375

Belarus prezidenti Aleksandr Lukaşenko məhkum edilmiş rusiyalı qadın Sofya Sapeqanı əfv edib. 

HİT.az "Belta"ya istinadən xəbər verir ki, o, Qomeldəki cəzaçəkmə koloniyasından qubernator Oleq Kozemyakonun başçılıq etdiyi Primorsk diyarının nümayəndə heyətinə təhvil verilib. Əvvəlcə Sofiya Sapeqanın cəzasını çəkmək üçün Rusiyaya köçürüləcəyi güman edilirdi.

Sofiya Sapeqan Lukaşenkoya “evə, anasının, atasının yanına qayıtmaq imkanı yaratdığına görə” təşəkkür edib.

Sofiya Sapeqan 2022-ci ilin iyununda Aleksandr Lukaşenkonun adına əfv üçün ərizəsi yazıb. 2023-cü ilin yanvarında məlum olub ki, hakimiyyət onun ərizəsini rədd edib. Mart ayında o, Belarusda terror fəaliyyətində iştirak edənlər siyahısına daxil edilib. 

2022-ci ilin mayında Belarus məhkəməsi Sofya Sapeqanı nifrətin qızışdırılması və şəxsi məlumatlarla işləmə qaydalarına görə 6 il müddətinə azadlıqdan məhrum edib. O, 2021-ci ilin mayında NEXTA "Telegram" kanalının keçmiş baş redaktoru (2020-ci ildə Belarusdakı etirazları işıqlandıran) Roman Protaseviçlə birlikdə saxlanılıb. O, Belarusda konstitusiyaya zidd yollarla dövlət hakimiyyətini ələ keçirmək üçün sui-qəsd ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Samir

0