Lukaşenko Ukraynaya qoşun göndərmək istəyib, amma ordu imtina edib - İDDİA

20:56 / 09.06.2023
313

Belarus prezidenti Aleksandr Lukaşenko 2022-ci ilin dekabrında Ukraynaya müdaxilə əmri verməli imiş.

Poliqon xəbər verir ki, bu barədə "Espresso" verilişində Demokratik Belarusun Müdafiə və Milli Təhlükəsizlik üzrə Birləşmiş Keçid Kabinetinin nümayəndəsi Valeri Sahaşşik bildirib.

O, iddia edib ki, ordu Ukrayna ərazisində döyüş əməliyyatları aparmaqdan imtina edib: "Dekabrın sonunda Belarus ordusunun bütün döyüş qabiliyyətinə malik bölmələri sərhəddə idi. Hərbçilər yavaş hərəkət etməyə, komandanlığa çoxlu sayda suallar verməyə başladılar, niyə Ukraynaya getməlidirlər? Niyə ukrayna xalqı birdən-birə bizim düşmənimiz oldu? Müdafiə Nazirliyi hərbçiləri qorxutmağa çalışdı, lakin heç nəyə nail ola bilmədi. KQB demək olar ki, tam tərkibdə bir həftə ordunun içində qaldı, şantaj etdilər, qorxudular, hərbçilərlə danışdılar. Sonda  rəhbərliyə bildirdilər ki, Belarus ordusu Ukraynada hərbi əməliyyatlar keçirməyə hazır deyil. Ona görə də əmr verilmədi".

Samir

0