"Avropa İttifaqı Ukraynadakı münaqişənin həlli üçün kifayət qədər diplomatik səy göstərmir".
HİT.az xəbər verir ki, bunu Müqəddəs Eqidius Katolik İcmasının yaradıcısı, İtaliyanın gənclər siyasəti və ailə məsələləri üzrə keçmiş naziri Andrea Rikkardi deyib.
"Ukrayna diplomatiyası bilir ki, Avropa bütün dünya deyil. Bu gün qlobal cənubun böyük ölkələri önəmlidir. Çünki belə münaqişə hamıya təsir edir: taxıl məsələsi, miqrasiya, bazarlar...", deyə sabiq nazir bildiri.
Rikkardinin sözlərinə görə, Çin ən “əsaslı diplomatik təklifi” irəli sürüb: "Avropada diplomatik fəaliyyət çatışmazlığı var".
Avropada heç kimin gələcək razılaşmaların təməlinin qoyulması ilə maraqlanmadığını bildirən sabiq nazir "Biz diplomatik təşəbbüsə yenidən başlamalıyıq. Avropa ilə Rusiya arasında münasibətlər bərpa olunmalıdır, çünki siyasət coğrafiyaya diqqət yetirə bilməz", deyib.
Samir