May ayı qlobal miqyasda ikinci ən isti may olub - Rekorda 0,1 dərəcə çatmadı

DÜNYA
20:18 / 09.06.2023
303

Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) aylıq iqlim hesabatına görə, 2023-cü ilin may ayı tarixdəki ən isti may ayında 0,1 dərəcə isti olub.

HİT.az xəbər verir ki, xidmətin hazırladığı aylıq iqlim hesabatına görə, may ayı qlobal miqyasda ikinci ən isti may olub və rekordlardakı ən isti maydan 0,1 dərəcə az temperatur qeydə alınıb. 

May ayının hesabatının həmçinin bütün buzsuz dənizlərdə rekord orta dəniz səthi temperaturu, rekord dəniz havası temperaturu və Sakit okeanın tropik şərqində yaranan El Nino siqnalı göstərdiyi bildirilir.

Avropada temperaturların orta hesabla 1991-2020-ci il iqlim dəyərlərinə yaxın olduğunu bildirən hesabatda may ayının qərbdə orta səviyyədən bir qədər isti, Şərqi və mərkəzi Avropada isə normadan bir qədər soyuq olduğu deyilir. Kanada və ABŞ-ın şimalında temperaturun xüsusilə isti olduğu, Hudson körfəzinin qərbində orta göstəricidən 10 dərəcə yuxarı qalxaraq bir çox yüksək temperatur rekordlarının aşıldığı bildirilib. 

Kopernik Atmosfer Monitorinq Xidmətinin 2003-cü ilə qədər uzanan məlumatlarına görə, bu şərtlər Kanadada bir ay davam edən şiddətli meşə yanğınlarına səbəb olaraq, Britaniya Kolumbiyasında ən yüksək meşə yanğını emissiyasına gətitib çıxarıb.

Hesabatda mayın Avstraliyada nisbətən soyuq keçdiyi, 1944-cü ildən bəri ən aşağı orta gündəlik minimum temperatur olduğu, Hindistan və Orta Asiya və Antarktidanın bəzi hissələrinin də orta səviyyədən daha soyuq olduğu qeyd edilib.

327723

Samir

0