İran Rusiyaya PUA istehsalı zavodunun tikintisi üçün materiallar verir - Ağ Ev

DÜNYA
19:43 / 09.06.2023
246

İran Rusiyanı Tatarıstanda dron istehsalı zavodunun tikintisi üçün materiallarla təmin edir və bu zavod Ukraynaya qarşı müharibəni davam etdirmək üçün Kremli silahla təmin edəcək.

HİT.az xəbər verir ki, bu barədə Amerika kəşfiyyatının məlumatlarını Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi açıqlayıb.

"ABŞ kəşfiyyatının nümayəndələri hesab edirlər ki, Rusiyanın Yelabuqa xüsusi iqtisadi zonasındakı zavod gələn ilin əvvəlində işə düşə bilər", deyə Kirbi bildirib.

Ağ Ev aprel ayında Moskvadan bir neçə yüz kilometr şərqdə zavodun "tikilməsi ehtimalı" olan sənaye zonasının peykdən çəkilmiş şəkillərini də yayıb.

Samir

0