\"Qərb Rusiya-Ukrayna müharibəsi sayəsində...\" - ŞOK AÇIQLAMA

14:44 / 21.08.2023
670

"Rusiya-Ukrayna müharibəsində vəziyyət gərgin olaraq qalır".

Bu sözləri HİT.az-a açıqlama verən politoloq Rizvan Hüseynov deyib.

O bildirib ki, bu gərginlik daha çox Ukrayna cəbhəsində hiss olunur: 

"Çünki Rusiya Ukrayna ərazilərini işğal edib. Hazırda ən çətin döyüşlər şimal və cənub istiqamətində gedir. Rusiya əlindən gələni edir ki, Ukrayna qüvvələrinin əsas hissəsini şimalda cəmləsin. Bununla da Ukraynanın cənubdan gözlənilən əks-hücum planını əngəlləmək istəyirlər. Ukrayna isə Krım və Donbas arasında olan dəhlizi geri qaytarmağa çalışır. Əfsuslar olsun ki, bu prinsipial vəziyyətdə əsasən ABŞ-dan lazımi dəstək gəlmədi. Lakin Rusiya üçün əlverişli vəziyyət yarandığını da deyə bilmərəm".

332277

Politoloqun sözlərinə görə, əsl əlverişli vəziyyət məhz ABŞ üçün yaranıb:

"Hələ ki, bu müharibədə nə Rusiya, nə də Ukrayna qalib gəlmir. Onların hər ikisi də uduzmuş tərəfdirlər. Müharibədən ən çox fayda görən isə Qərbdir. Nəzərə almaq lazımdır ki, Qərb Rusiya-Ukrayna müharibəsi vasitəsilə yeni dünya nizamını formalaşdırır. Burada ABŞ, Çin, Rusiya və Avropa qarşıdurmasının yaşandığını görürük. Bu qarşıdurmanın da toqquşma nöqtəsi Ukraynadır. Təəssüf ki, Ukraya xalqının və hakimiyyətinin iradəsindən yox, müharibənin gedişatı sözügedən ölkələrin addımlarından asılıdır".

Rizvan Hüseynov qeyd edib ki, hazırda Ukraynanın əsas hədəfi Krım və Donbas arasındakı əlaqəni kəsməkdir:

"Biz son günlərdə Ukraya ordusunun Cənub bölgəsindəki dəhlizi yararaq Krımla Donbas arasındakı əlaqəni kəsmək üçün həddindən artıq böyük cəhdlər göstərdiyini görürük. Əgər döyüşlər uğurla nəticələnsə, bu, Qərbin mövqeyinə birbaşa təsir edəcək. Hətta ondan sonra Ukraynaya dəstək daha çox arta bilər".

Pərviz

0