Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib ki, Ankara bu ölkədə təhlükəsiz vəziyyət yarandıqdan sonra qoşunlarını Suriyadan çıxaracaq.
HİT.az “Milliyet”ə istinadən xəbər verir ki, nazir qoşunların çıxarılması üçün ilk növbədə şərait yaratmaq lazım olduğunu deyib.
“Bizə heç kimin torpaqları lazım deyil. Amma indi, ölkəmizdə 4 milyon suriyalı qaçqın var, İdlibdə hər an 5 milyon insan onların vəziyyətinə düşə bilər. Biz təhlükəsiz mühit yaratmadan Suriyadan necə çıxa bilərik?", deyə nazir bildirib.
Gülərin sözlərinə görə, ölkədə seçkilər keçirildikdən və "bütün xalqı qucaqlayacaq” hökumət qurulduqdan sonra Türkiyə Suriyanı məmnuniyyətlə tərk edəcək.
Samir