DÜNYA
14:56 / 22.09.2023
265

Stoltenberq: "Müharibə bitdikdən sonra Ukraynanın NATO-ya daxil olması sabit sülhün təminatı olacaq"

"Müharibə bitdikdən sonra Ukraynanın NATO-ya daxil olması uzun və sabit sülhün təminatı olacaq ki, Rusiyanın hücumu ilə bu hekayə bir daha təkrarlanmasın".

HİT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Nyu-Yorkda Beynəlxalq Münasibətlər Şurasının analitik mərkəzində açıq mühazirə zamanı deyib.

“Müharibənin aktiv mərhələdə olması imkan vermir ki, onları (ukraynalıları-red.) sabah və ya bu gün dəvət edək. Bu müharibə bitəndə Ukraynanın üzvlüyünü proqnozlaşdırmaq çox asandır. Hətta biz Ukraynanı ən qısa zamanda NATO üzvü kimi görmək istəsək də, bunun indi baş verə biləcək bir şey olmadığını anlayırıq”, deyə Stoltenberq bildirib.

Samir

0