Avropa İttifaqı Çinlə qarşıdurmaya getmək istəmir

20:46 / 28.09.2023
357

Avropa İttifaqının (Aİ) səlahiyyətliləri Çinlə ticarət qarşıdurmasına qarışmaq istəmir.

HİT.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel deyib. 

Onun sözlərinə görə, blokun yaxın gələcək üçün əsas vəzifəsi Aİ-nin Çindən müxtəlif texnoloji məhsulların tədarükündən asılılığı da daxil olmaqla, “kritik zəiflikləri aradan qaldırmaq” üçün Çinlə ticarət münasibətlərində tarazlığa nail olmaq olacaq.

"Bir ölkədən bu qədər asılı olmağımız heç yaxşı deyil", deyə Mişel bildirib.

İyul ayında Avropa Çin və ABŞ arasında ticarət müharibəsindən itkiləri qiymətləndirib. "Progus AG" konsaltinq şirkətinin Bavariya Biznes Assosiasiyasının sifarişi ilə apardığı araşdırmanın nəticələri göstərir ki, ABŞ və Çin arasında iqtisadi qarşıdurma Avropadan Asiyaya idxalın 17% azalmasına, 58% itkiyə səbəb ola bilər. 

Samir

 

0