Çin Aİ-ni Ukrayna məsələsində Rusiya ilə dialoqa çağırır

16:42 / 07.12.2023
329

Çin Avropa İttifaqını (Aİ) Ukrayna böhranı və Avropada təhlükəsizliklə bağlı Rusiya ilə dialoqa çağırır. 

HİT.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin Avropa Departamentinin rəhbəri Van Lutonq Çin-Avropa İttifaqı sammitindən sonra keçirilən brifinqdə deyib. 

Lutonq bildirib ki, Pekin avropalıları Ukraynadakı hadisələrlə bağlı Rusiya ilə danışmağa çağırır.

"Rusları və ukraynalıları mümkün sülhlə bağlı eyni danışıqlar masasına gətirmək çox vacibdir. Avropalıların ruslarla Avropanın təhlükəsizlik arxitekturası haqqında danışması vacibdir", deyə XİN rəsmisi bildirib.

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Moskva və Vaşinqtonun strateji sabitliyə dair dialoq aparmasının vacibliyinə də diqqət çəkib.

Bundan əvvəl Vanq Lutonq bildirib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynadakı vəziyyətlə bağlı milli maraqlara əsaslanaraq qərarlar verir. Vanq Lutonqun sözlərinə görə, avropalı siyasətçilər bəzən Pekini Putinlə qoşunların Ukraynadan çıxarılmasının zəruriliyi barədə danışmağa çağırırlar, lakin ruslar çox müstəqil xalqdır: "Prezident Putin milli maraqlara və təhlükəsizliyə əsaslanaraq qərarlar qəbul edir".

Samir

0