ABŞ İsraildən husilərin hücumlarına cavab verməməyi xahiş edib

18:00 / 07.12.2023
247

Birləşmiş Ştatlar Yaxın Şərq regionunda münaqişənin daha da genişlənməsindən ehtiyat edərək İsraildən husilərin atəşə tutmasına cavab verməməyi xahiş edib. Vaşinqton qrupun atəşinə müstəqil şəkildə cavab verməyi planlaşdırır. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın “Wall Street Journal” qəzeti hökumət rəsmilərinə istinadən yazır.

ABŞ və digər hökumət rəsmiləri bildiriblər ki, ABŞ İsraildən münaqişəni genişləndirə biləcək cavabı riskinə düşməkdənsə, ABŞ ordusuna husilərə cavab verməyə icazə vermək xahiş edilib.

Husi qruplaşmasının Yəmənin şimalına nəzarət etdiyi qeyd edilir. ABŞ və İsrail son vaxtlar husilərin atdığı hava hədəflərinin əksəriyyətini vurub.

Bundan əvvəl Fələstinin HƏMAS qruplaşması İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzza şəhərinin kənarındakı komanda məntəqəsinə raket zərbəsi endiriblər. Dekabrın 7-də İDF HƏMAS yaraqlılarının İsrailin cənubundakı Beerşeba şəhərini atəşə tutduğunu bildirib. Nazirlik qeyd edib ki, raketlər Qəzzadan təxliyə edilmiş mülki vətəndaşlar üçün Rafahdakı düşərgədən atılıb.

Samir

0