Dünyanın ən böyük aşağıbüdcəli aviaşirkətlərindən biri olan “Wizz Air” 2026-cı ilin ikinci rübünü 198 milyon avro zərərlə başa vurduğunu açıqlayıb.
HİTşaz xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Şirkətin baş icraçı direktoru Yojef Varadinin sözlərinə görə, 2026-cı ilin ikinci rübündə ABŞ ilə İran arasında gərginlik, aviasiya yanacağının bahalaşması və bronlaşdırma sistemindəki dəyişikliklər səbəbindən aviasiya sektoru ciddi qeyri-sabitliklə üzləşib.
Varadi bildirib ki, aviaşirkətdə əvvəlcədən edilən bronların sayı artmaqda davam edir. Bununla belə, ilin qalan hissəsinin həm sektor üçün yeni çətinliklər, həm də strateji imkanlar yarada biləcəyini qeyd edib.
“Bloomberg”in məlumatına görə, “Wizz Air” 2026-cı ilin ikinci rübündə 198 milyon avro zərər açıqlayıb. Halbuki ötən ilin eyni dövründə şirkət 38,4 milyon avro mənfəət əldə etmişdi.
İyunun sonunda “Aeroflot”un baş direktoru Sergey Aleksandrovski isə aviasiya kerosininin qiymətlərində fövqəladə artım müşahidə olunmadığını bildirmişdi.
Onun sözlərinə görə, şirkət bütün marşrut şəbəkəsi üzrə yanacaqla təmin olunub və ilin əvvəlindən aviasiya yanacağına çəkilən xərclər təxminən 7 faiz artıb.
Samir


