İranı 2024-cü ildə nə gözləyir? - "Sürprizlər ola bilər"

DÜNYA
12:30 / 08.01.2024
313

"İranda despot və diktator rejimə qarşı ayaqlanma var".

Bu sözləri Güney Azərbaycandan olan siyasi fəal Məhsa Mehdili Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, İran dinlərin və xalqların həbsxanasına çevrilib:

"Üstəlik, Tehran dövləti geri addım atmağı düşünmür. Hətta daha da irəli gedirlər, edamların sayını artırırlar. Həmçinin, insanlara qarşı təzyiqlər daha da çoxalıb. Oradakı hakimiyyət heç bir halda insanlara demokratik haqlarını belə dilə gətirməyə imkan vermir".

Məhsa Mehdili qeyd edib ki, Tehran rejimi dünyanın müxtəlif bölgələrində terror qruplaşmalarına dəstək verir:

341355

"Xüsusilə Yaxın Şərqdəki islam ölkələrinin bir çoxunda terror qruplarını dəstəkləyir. Tehran dövləti öncə ideoloji olaraq onları bəsləyir, ardınca isə silahlandırır. Üstəlik, İrandakı xalqların bütün qaynaqlarını həmin terror qruplaşmalarını böyütmək üçün istifadə edir. Yəni İran adlanan ölkənin vəziyyətində sistem olaraq heç bir düzəlmə yoxdur. Ona görə də etirazların və ayaqlanmaların davam etməsi normaldır". 

Həmsöhbətimizin fikrincə, İran yeni ildə yanlış siyasətinin nəticəsində daha böyük sıxıntılarla qarşı-qarşıya qalacaq:

"İranda olan ayaqlanmaların 1979-cu ildəki şah diktatorluğuna qarşı başlayan etirazlarla çox sayda bənzər tərəfləri var. Hətta deyərdim ki, inqilab səviyyəsindədir. Tehran rejimi nə qədər təzyiq göstərsə də, "qan itirməyə" başlayıb. Məncə, 2024-cü ildə İranda hər cür sürprizlə yaşana bilər". 

Pərviz

0