Türkiyə ilə Rusiya arasında Ukraynaya görə gərginlik yaşanır?

DÜNYA
15:42 / 29.02.2024
453

Son günlərdə Rusiya ilə Türkiyə arasındakı münasibətlərin soyuduğu deyilir. 

Bəzi ekspertlər Ankara ilə Moskva arasındakı münasibətlərin əvvəlki pik səviyyəsində olmadığını söyləyirlər. Bununla bağlı isə müxtəlif versiyalar irəli sürürlər. 

Ümumiyyətlə, hazırda Rusiya ilə Türkiyə arasında gərginlik varmı? Bəs buna səbəb nədir? 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli HİT.az-a açıqlamasında bildirib ki, Türkiyə-Rusiya münasibətlərində Ukraynaya üzərindən yaşayan müəyyən gərginliklər olur:

344827

"Tərəflər arasındakı axırıncı gərginlik isə Türkiyə ilə ABŞ-nin "F-16" qırıcı təyyarələrinin satışı ilə bağlı yaxınlaşmasına görə idi. Rəsmi Ankaran İsveçin NATO-ya üzv olmasından sonra Vaşinqtonla yaxınlaşdı. Çünki ABŞ Ukrayna müharibəsində Türkiyənin silah arsenalından istifadə etmək istəyir. Hətta buna görə Ankaraya ehtiyac duyduqlarına da dilə gətirdilər".

Ekspert qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə əməkdaşlıq edir:

"Əslində Türkiyənin Ukrayna müharibəsinə öz silahını nümayiş etdirmək üçün meydan kimi baxması da normaldır. Üstəlik, Ankaranın həm Moskva, həm də Kiyev ilə hərbi müqavilələri var və silah mübadiləsini də həyata keçirir. 

Rusiyada isə belə bir mövqe var ki, Türkiyə konkret olaraq bir tərəfdə olmalıdır. Ona görə də bəzən Ankara ilə Moskva arasında müəyyən gərginliklər yaşanır. Amma Türkiyənin hər iki ölkə ilə əməkdaşlığı var".

Pərviz

0