Peskov: "NATO Rusiya ilə münaqişədə birbaşa iştirak edir"

DÜNYA
19:20 / 27.05.2024
233

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hesab edir ki, NATO-nun baş katibi Yens Stoltenberq hərbi ritorika ilə "flört edir". 

HİT.az xəbər verir ki, Kreml nümayəndəsinin sözlərinə görə, Kiyevin Rusiya ərazisinə zərbələr endirməsinə icazə verilməsinə çağıran bəyanatlar yalnız münaqişənin eskalasiya dərəcəsini artırır.

"Bu, onun şəxsi fikri ola bilməz. O, məmurdur, Şimali Atlantika Alyansının baş katibidir və biz bunu belə qəbul edirik. NATO eskalasiya dərəcəsini artırır, NATO hərbi ritorika ilə flört edir, "hərbi ekstaz"a düşür. Bu, bizim öhdəsindən gəlməyə davam etməli olduğumuz reallıqdır", deyə Peskov "İzvestiya"ya müsahibəsində bildiib. 

Peskov vurğulayıb ki, hərbçiləri də nə edəcəyini bilir, bütün təhdidləri dayandırmaq üçün xüsusi hərbi əməliyyatı davam etdirirlər.

Jurnalistin Şimali Atlantika Alyansının artıq Rusiya ilə birbaşa qarşıdurmaya yaxın olması ilə bağlı sözlərinə cavab olaraq Dmitri Peskov deyib: “Onlar yaxınlaşmır, onun içindədirlər”.

Bundan əvvəl NATO-nun baş katibi Rusiya ərazisində “qanuni hədəflərə” hücumlar üçün Ukraynaya verilən silahların istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, Xarkov yaxınlığında rus ordusunun hücumu fonunda belə tədbirlər görmək lazımdır. O, hesab edir ki, Ukrayna ordusunun Rusiya Federasiyası ərazisinə hücumları özünümüdafiə kimi qiymətləndirilə bilər.

Mayın ortalarında Böyük Britaniyanın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps bildirmişdi ki, London yarımadanı Ukrayna ərazisinin bir hissəsi hesab etdiyi üçün Kiyevə Krıma hücuma icazə verib. “The New York Times” keçən həftə yazıb ki, ABŞ dövlət katibi Antoni Blinken Ağ Evə Rusiyaya qarşı zərbələrə qoyulan qadağanı aradan qaldırmağı təklif edib, lakin ABŞ hələ ki, rəsmi olaraq belə bir qərar qəbul etməyib. NATO baş katibinin çağırışına Polşa rəsmi dəstək verib, Almaniya buna qarşı çıxıb.

Samir

0