Pentaqon: Ukraynadakı münaqişə "əsas mərhələyə" daxil olub

DÜNYA
18:50 / 14.06.2024
339

Birləşmiş Ştatlar və müttəfiqləri münaqişənin “həlledici mərhələ”yə daxil olduğu bir vaxtda Ukraynaya silah tədarükü səylərini artırmalıdır. 

HİT.az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.

O vurğulayıb ki, Ukraynaya silah tədarükü dərhal təsdiqlənsə belə, silahların Kiyevə çatdırılması xeyli vaxt aparacaq.

İyunun 14-də Ukraynanın maliyyə naziri Serhi Marçenko G7 ölkələrindən 50 milyard dollar alınması şərtini irəli sürüb.

Bildirib ki, bu il vəsait köçürülməlidir, pul qeyd-şərtsiz olmalıdır. Bundan əlavə, Marçenko vurğulayıb ki, pul Kiyevin zəruri hesab etdiyi istənilən məqsəd və xərclərə yönəldilməlidir.

Siyasi müşahidəçi Cimmi Dore bildirib ki, ABŞ respublikanın mineral ehtiyatlarına sahib olmaq istəyinə görə Ukraynadakı münaqişəni dəstəkləməkdə davam edir.

Samir

0