Rostovda istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edildi - YENİLƏNİB

DÜNYA
13:48 / 16.06.2024
436

Rusiya Federal Penitensiar Xidmətin məlumatına görə, Rostov vilayətində istintaq təcridxanasında əməkdaşları girov götürən şəxslər məhv edilib.

Hit.az Rusiya mediasına istinadən xəbər verir ki, ilkin məlumatlara görə, bir neçə cinayətkar öldürülüb. Hücum təxminən 3 dəqiqə davam edib.

Rostov İstintaq Təcridxanasının girovluqdan azad edilən əməkdaşları xəsarət almayıblar.

12.02

Rusiyanın Federal Penitensiar Xidmətinin Rostov vilayətində yerləşən 1 saylı istintaq təcridxanasında saxlanılan altı şəxs cəzaçəkmə müəssisəsinin iki əməkdaşını girov götürüb.

Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.

Belə ki, məhkumlar təcridxanadakı kameranın pəncərəsinin barmaqlıqlarını sındıraraq növbətçi məntəqəyə daxil olublar və nəzarətçi ilə əməliyyat zabitini girov götürüblər.

Qeyd olunub ki, cinayətkarlar avtomobil, silah və təcridxananı tərk etmək imkanı tələb edirlər. Artıq vilayətin Daxili İşlər Nazirliyinin və Milli Qvardiyanın bütün şəxsi heyəti istintaq təcridxanasına göndərilib.

Təcridxanada üsyan edən Akiyev Şamil, Qiriyev Tamerlan və Tsiskiyev Azamat Karaçay Çərkəz Respublikası ərazisində terror aktı törətməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum ediliblər. Digər üç nəfərin şəxsiyyəti dəqiqləşdirilir.

“TASS”a hüquq-mühafizə orqanlarından verilən məlumata görə, təcridxanada işçilərin girov götürülməsi əvvəlcədən planlaşdırılıb və məhbusların hərəkətlərinin kənardan əlaqələndirilməsi versiyası yoxlanılacaq.

0