Parklardakı gizli TƏHLÜKƏ – Uşaqları elektrik vura bilər - FOTOLAR

DÜNYA
19:18 / 21.06.2024
566

İstanbulun Çəkməköy qəsəbəsində parkda gizlənqaç oynayan 8 yaşlı uşaq, gizləndiyi transformatorda cərəyan vurması nəticəsində həyatını itirib.

Hit.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, günlərdir ictimaiyyət arasında müzakirə edilən bu məsələyə ekspertlər də qoşulub.

Belə ki, parkların təhlükəsiz olub-olmadığını müzakirə edən ekspertlər döşəmələrin rezindən olmasını tövsiyyə ediblər. Qeyd edilib ki, bu materialın uşaqların yıxılarkən xəsarət almasının qarşısını ala bilər.

Məlumdur ki, uşaq meydançalarında baş verən qəzaların 79 faizindən çoxu yıxılma nəticəsində baş verir.

Daha sonra, bildirilib ki, uşaqların qəfil qaçması nəzərə alınaraq parkların təbii hasarlar və ya təxminən 1,5 metrlik divarlarla əhatə olunması lazımdır. Parkın bir hissəsində çəmən və ya təbii ağacların olması isə mütləqdir.

Parkda heç vaxt yüksək gərginlikli elektrik dirəyinin olmamasının vacib olduğunu vurğulayan ekspertlər, valideynləri də diqqətli olmağa çağırıb:

“Gərginlik bədəndən keçdiyi zaman dərini zədələyə, toxuma və əzələlərdə ciddi daxili zədələrə, hətta ölümə səbəb ola bilər”.

Samir

0