Dağıstanda terror aktları: 23 yaralı, 5 ölü

DÜNYA
21:25 / 23.06.2024
191

Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “112” teleqram kanalı mənbəyə istinadən yazıb.

Vurğulanıb ki, hazırda 5 nəfərin öldüyü məlumdur.

Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.

0