Pezeşkianın seçilməsi İran-İsrail münasibətlərinə necə təsir edəcək?

DÜNYA
10:31 / 11.07.2024
192

"İranda Məsud Pezeşkianın Prezident seçilməsindən sonra diqqətçəkən məqmalardan biri onun hakimiyyəti dönəmində İsrail ilə münasibətlərinin necə olacağıdır". 

Bu sözləri politoloq Turan Rzayev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, İranda prezident institutunun xarici siyasətdə ciddi təsir gücü yoxdur:

"Bu məsələyə daha çox İran Ali dini lideri Əli Xameneyi və SEPAH nəzarət edir. Yəni Məsud Pezeşkian, ya da bir başqasının prezident olmasının fərqi yoxdur. Ona görə də İran və İsrail arasında münasibətlər yaxın gələckdə düzəlmə ehtimalı azdır. 

Hətta Məsud Pezeşkianın prezidentliyinin bəlkə də ən kritik etabı məhz İsrail ilə bağlı olacaq. Çünki Yaxın Şərq növbəti genişmiqyaslı müharibə təhlükəsi ilə üz-üzədir. Söhbət İsrail ilə Livan, daha doğrusu bu ölkədə fəaliyyət göstərən “Hizbullah” təşkilatı arasında yaşanan gərginlikdən gedir". 

353898

Politoloq vurğulayıb ki, rəsmi Təl-Əviv Livanda hücum əməliyyatı planını da təsdiqləyib:

"Artıq bir sıra ölkələrin vətəndaşlarını Livana səfərdən çəkinməyə çağırdığını da qeyd etmək lazımdır. Məsələn, Səudiyyə Ərəbistanının Beyrutdakı səfirliyi “Hizbullah”la İsrail arasında yaranan gərginliyə görə vətəndaşlarını Livanı tərk etməyə çağırıb. Həmçinin, ABŞ də öz növbəsində vətəndaşlarını zərurət yaranacağı halda Livandan təxliyə etmək üçün donanmasını İsrail-Livan sərhədinə yaxınlaşdırıb". 

Ekspert İranla İsrail arasında birbaşa toqquşma ehtimalını da istisna etməyib:

"Ümumiyyətlə, HƏMAS-dan fərqli olaraq “Hizbullah” İrandan quru yolla dəstək ala bilir. Düşünürəm ki, bu məsələdə Suriya və İraq da onlara dəstək ola bilər. Bu isə öz növbəsində İran iqtisadiyyatı üçün ağır zərbə olacaq. Beləliklə, yeni seçilmiş Prezident Məsud Pezeşkianı qarşıdakı günlərdə çox çətin sınaq gözləyir. İran və İsrail arasındakı gərginlik isə bundan sonra da davam edəcək. Hətta birbaşa hücumların olma riski getdikcə artır". 

Pərviz

0