Kalininqraddakı "İskəndər"ə cavab... - ABŞ raketləri Almaniyada niyə yerləşdirilir?

DÜNYA
14:35 / 18.07.2024
182

"Almaniya ərazisində Amerika raketləri və hipersəs silahlarının yerləşdirilməsi Rusiyanın Kalininqrad vilayətində "İskəndər" operativ-taktiki raket komplekslərinin yerləşdirilməsinə cavab olacaq". 

HİT.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius "Rheinische Post" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, ölkənin ən qərb bölgəsində raket sistemlərinin yerləşdirilməsi ilə bağlı Rusiyadan gələn təhlükəyə qarşı çıxmaqdan başqa bir şey deyil. 

Pistorius Amerika raketlərinin Almaniyaya gəlməsi ilə Rusiya Federasiyasının qarşısının alınmasının yenidən işləyəcəyi qənaətində olduğunu bildirib.

İyulun 10-da Vaşinqton və Berlin birgə bəyanat yayaraq, Birləşmiş Ştatların 2026-cı ildə hipersəs silahları da daxil olmaqla, daha uzun mənzilli yeni silahları Almaniyaya “ara-sıra” yerləşdirməyə başlayacağını bildirib. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Amerika raket sistemləri haradasa peyda olarsa, Rusiya "güzgü kimi" cavab verə bilər. 

Samir
 

0