ABŞ-ın Demokratlar Partiyasından olan senator Mark Kelli prezident Donald Trampın İranla münaqişənin nizamlanması məsələsində “çıxılmaz vəziyyətə düşdüyünü” və Tehranla müharibə başlamazdan əvvəl mövcud olan münasibətlərə qayıtmaq istədiyini bildirib.
HİT.az xəbər verir ki, onun sözlərini “ABC News” yayıb.
“Prezident buna strateji məqsəd, plan, müddət və çıxış strategiyası olmadan qarışdı. O, çıxılmaz vəziyyətə düşüb”, – Kelli bildirib.
Onun sözlərinə görə, İranla danışıqları dövlət başçısının kürəkəni Cared Kuşner deyil, peşəkarlar aparmalıdır. Senator hesab edir ki, Vaşinqton Tehranı “güc yolu ilə” dayandıra bilməyəcək.
“Mən düşünürəm ki, prezident bütün bunlar başlamazdan əvvəlki vəziyyətə qayıtmağı çox istəyərdi. <…> Bu, fəlakət idi, səhv idi və bütün bunlar prezidentin səriştəsiz rəhbərliyi ucbatından baş verdi”, – o deyib.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. İyun ayında tərəflər münaqişənin dayandırılması və Hörmüz boğazından gəmiçiliyin bərpası üçün əsas yaratmalı olan aralıq saziş imzalayıblar. Lakin sonradan əldə olunan razılaşmalar pozulub.
Samir

