Bakıda 1 milyonluq dələduzluq edən avtosalon rəhbərləri ilə bağlı QƏRAR

ÖLKƏ
14:51 / 28.09.2026
59

Ali Məhkəmədə Bakıda "056" avtosalonunun sahibləri, 14 nəfərə qarşı bir milyon manatlıq dələduzluq etməkdə təqsirləndirilən Fərid Cəlalov və Kamil Habillinin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

HİT.az pravda.az-a istinadən xəbər verir ki, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti edilməyib.

Qeyd edək ki, cinayət işi üzrə 14 nəfər zərərçəkmiş şəxs qismində tanınıb və onlara ümumilikdə təxminən 1 milyon manat məbləğində maddi ziyan dəydiyi müəyyən olunub. İstintaq materiallarına əsasən, Kamil Habilli və Fərid Cəlalova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə onların hər biri 7 il, 11 ay, 28 gün müddətinə azadlıqdan məhrum edilib.
 

0