Berbok Rusiyanı Avropa üçün əsas təhlükə adlandırdı

DÜNYA
19:19 / 22.07.2024
169

Almaniyanın xarici işlər naziri Annalena Berbok bildirib ki, Rusiya Avropa üçün əsas təhlükədir

HİT.az xəbər verir ki, nazir bu barədə sosial media hesabında yazıb.

"Rusiya hazırda Almaniya və Avropada sülh üçün ən böyük təhlükəsizliyə təhdiddir", deyə Berbok bildirib.

Bundan əlavə, o, Qərb ölkələrinin Rusiya ilə başqa, qeyri-düşmən münasibətlərini saxlamaq istədiklərini, lakin bu, uğursuz olduğunu deyib.

İyulun 21-də Berbok "Westdeutsche Allgemeine Zeitung" qəzetinə müsahibəsində deyib ki, Amerika raketlərinin ölkədə yerləşdirilməsindən imtina etmək sadəlövhlük olardı. Onun sözlərinə görə, bu, Almaniyanı və Baltikyanı ölkələrini Rusiyanın arsenalını daim artırması fonunda qorumaq üçün lazımdır.

Bundan əvvəl Pentaqon bəyan etmişdi ki, Birləşmiş Ştatlar 2026-cı ildə Almaniyada uzun mənzilli zərbə sistemləri yerləşdirməyə başlayacaq və bu, artıq Avropada olan silahları əhəmiyyətli dərəcədə üstələməlidir. Vaşinqton həmçinin hipersəs silahlarını Almaniyada yerləşdirməyə söz verib.

Federasiya Şurasının sədri Valentina Matvienko cavabında xatırladıb ki, Almaniya müharibədən sonrakı razılaşmalara əsasən belə silahlara malik ola bilməz. Ona görə də layihə reallaşarsa, Rusiyanın cavabı sərt olacaq.

Samir

0