Münasibətlərdə bəzi şeylərin ümumiyyətlə baş verməməli olduğu ilə çoxları razılaşa bilər. Bir çox cütlük, xüsusilə münasibətlərin ilkin mərhələsində müəyyən məsafəni və sirli ab-havanı mümkün qədər uzun müddət qorumağa çalışır. Onlar hesab edirlər ki, özlərinin “qeyri-romantik” tərəflərini həddindən artıq tez nümayiş etdirmək qarşılıqlı cazibəni və simpatiyanı məhv edə bilər.
HİT.az xəbər verir ki, bu barədə “The Hits” yazır.
Məsələn, bir çox cütlük partnyorunun tualetdən istifadə etdiyini görməyin münasibətlərin sonu demək olduğu qənaətindədir. Bəziləri üçün bu, romantikanın sönməyə başladığı dönüş nöqtəsinə çevrilib.
Lakin yeni araşdırma göstərib ki, sevdiyiniz insanın yanında rahatlaşmaq və qaz buraxmaq münasibətlər üçün müəyyən üstünlüklərə malik ola bilər. Belə kiçik “narahatlıqlar” heç də mütləq münasibətlərə zərər vurmur.
Sorğu göstərib ki, insanların əksəriyyəti partnyorunun yanında ilk dəfə qaz buraxmazdan əvvəl təxminən iki-altı ay gözləyir. Bu müddət adətən cütlüyün bir-birinin yanında daha rahat hiss etməyə başladığı və daim xoş təəssürat yaratmaq ehtiyacından tədricən uzaqlaşdığı dövrə təsadüf edir.
Sorğuda iştirak edənlərin beşdə birindən bir qədər çoxu isə tanış olduqdan cəmi bir neçə həftə sonra bunu etdiyini etiraf edib. Bu göstərici orta müddətdən xeyli qısadır.
Ümumilikdə, araşdırmanın nəticəsi belə olub ki, qaz buraxmaq utanılacaq bir şey deyil. Əksinə, bu, hər iki tərəfin özünü olduğu kimi aparmaq üçün kifayət qədər sərbəst hiss etdiyi sağlam və rahat münasibətlərin əlaməti sayıla bilər.
Sorğuda iştirak edən qadınlardan biri bu məsələyə münasibətini belə ifadə edib:
“Qaz buraxmaq sadəcə gülməlidir. Bir-birinizin yumor hissini başa düşdükdə və daha şəxsi səviyyədə ünsiyyət qura bildikdə belə gülməli, təbii halların öhdəsindən gəlmək daha asan olur. Münasibətlərdə bunu açıq şəkildə qəbul etmək sadəcə kiçik bir maneədir”.
Samir


