"Almaniya Kiyevə hərbi yardımı dayandırmalıdır".
HİT.az xəbər verir ki, bu barədə Saksoniya federal əyalətinin baş naziri Mixael Kretşmer Almaniyanın RND media qrupu ilə söhbətində bildirib.
“Biz artıq Ukraynaya silah üçün vəsait ayıra bilmərik ki, bu silahlar tükənsin və heç bir fayda gətirməsin", deyə baş nazir bildirib.
Alman siyasətçi xatırladıb ki, münaqişənin əvvəlindən o, Ukrayna Silahlı Qüvvələrinə silah verilməsinin əleyhinə açıq-aydın danışıb və münaqişənin həlli üçün diplomatik təşəbbüsləri müdafiə edib.
Kretşmerin sözlərinə görə, Almaniya Ukrayna Silahlı Qüvvələrinə yardım ayırmaq baxımından artıq imkanlarının həddinə çatıb.
Bundan əvvəl “Sarah Wagenknecht Union” müxalifət partiyasının rəhbəri Sara Vaqenknext demişdi ki, Almaniya hökuməti Ukraynanın Rusiya ərazisində alman silahlarından istifadə etməsinə təsir göstərməlidir.
Samir