Türkiyəli məşhur aktyor Gürkan Uygunun yeni layihəsi bəlli olub.
Hit.az xəbər verir ki, sevilən sənətçi yeni filmə çəkiləcək.
O, “Kantin” adlı kinoda rol alacaq. Aktyor layihədə “İsmail” obrazına həyat verəcək. Adıçəkilən filmin baş rollarında isə Görkem Sevindik və Ezgi Eyüboğlu çəkiləcək.
Beləliklə, Gürkan Uygun və Görkem Sevindik illər sonra tərəf müqabili olacaqlar. Xatırladaq ki, onlar əfsanəvi “Kurtlar Vadisi Pusu” serialında birlikdə çəkiliblər. G.Uygun fenomen ekran işində “Memati”, G.Sevindik isə “Pusat” obrazını canlandırıb.
Aslan


