İspaniyada bir qadın xəstəlik məzuniyyətində olarkən rəqs videosunda rol aldığı üçün işindən qovulub.
HİT.az xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Virya Kruz xəstəlik məzuniyyətində evdə olarkən rəqs videosu internetdə göründükdən sonra özünü qalmaqalın mərkəzində tapıb. Tezliklə qadına işdən zəng gəlib və ona işdən çıxarıldığını bildiriblər.
Bu qərarla razılaşmayan ispan qadın məhkəməyə müraciət etsə də, qanun işəgötürənin tərəfinə keçib və aktiv rəqsin sağalma prosesi ilə bir araya sığmadığını qeyd edib.
Kruzun vəkili iddia edir ki, o, işəgötürənini qəsdən aldatmayıb və fiziki fəaliyyəti minimal olub. Eyni zamanda, şirkət Viryanın xəstəlik məzuniyyətində olarkən müxtəlif tədbirlərdə iştirak etdiyi digər halları xatırladır ki, bu da onun müvəqqəti əlilliyi ilə bağlı əlavə suallar doğurub.
Samir