CNN: Ukrayna əraziləri qaytarmaq planlarından qeyri-müəyyən müddətə imtina edib

DÜNYA
15:11 / 14.01.2025
89

İspaniya hakimiyyəti Avropa İttifaqı ölkələrinin qeyri-rezidentləri üçün daşınmaz əmlakın alınmasına 100% vergi tətbiq etmək niyyətindədir. 

Hit.az xəbər verir ki, hazırda bu vergi ölkənin regionundan asılı olaraq əmlakın dəyərinin 7%-dən 12%-ə qədərdir.

“Financial Times” yazır ki, hökumət ya bu məqsədlər üçün xüsusi olaraq ayrıca vergi müəyyən etməyə, ya da onu dövlət rüsumuna əlavə etməyə hazırdır.

Çox vaxt İspaniyada daşınmaz əmlak Aİ-nin bir hissəsi olmayan Böyük Britaniya vətəndaşları tərəfindən alınır. Onları Almaniya, Mərakeş, Polşa və İtaliya vətəndaşları izləyir. Son bir ildə İspaniya səlahiyyətlilərinin məlumatına görə, ABŞ, Meksika və Venesuela vətəndaşlarından ölkədə mənzil almaq üçün çoxlu müraciətlər olub.

Baş nazir Pedro Sançes Aİ ölkələrinin rezidenti olmayanların İspaniyadan hər il "əsasən spekulyasiya məqsədilə" 27 min adaşınmaz əmlak aldığımı bildirib. Bu səbəbdən, onun fikrincə, ispanların özlərinin kifayət qədər mənzilləri yoxdur və alış və kirayə qiymətləri daim artaraq “geniş miqyaslı böhran” yaradır. Yaxın vaxtlarda İspaniya parlamentinə 100 faiz vergi haqqında qanun təqdim olunacaq.

Samir

0