Amerika Birləşmiş Ştatları və Böyük Britaniya süni intellekt (AI) üzrə Parisdə keçirilən sammitin bəyannaməsini imzalamaqdan imtina ediblər.
HİT.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Agentliyin məlumatına görə, bu ölkələr açıq və etik süni intellekt sənədini dəstəkləməyib.
ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib ki, onun Birləşmiş Ştatları digər ölkələrin süni intellektə nəzarəti gücləndirmək cəhdlərini qəbul etməyəcək. O qeyd edib ki, həddindən artıq tənzimləmə AI sahəsinin özünün mövcudluğu üçün təhlükə yaradır.
Fevralın 10-dan 11-dək Parisdəki "Grand Palais" sərgi mərkəzində süni intellektin təhlükəsiz istifadəsi üzrə beynəlxalq konfrans keçirilir. 100-dən çox ölkədən nümayəndələr etika və beynəlxalq qaydalara əsaslanan süni intellektin inkişafı üçün alternativ yol təklif etmək üçün tədbirdə iştirak ediblər.
Fevralın əvvəlində "OpenAI" ABŞ Milli Laboratoriyaları ilə nüvə təhlükəsizliyi məsələləri üzərində işləmək üçün alimlərə süni intellekt (AI) modellərinə çıxış imkanı verəcək razılaşmanı elan etdi. Tərəfdaşlıq elanı şirkətin ABŞ hökuməti ilə işləməyə marağının artması fonunda verilib. Əvvəllər "OpenAI" təhlükəsizlik məsələlərinə diqqət yetirməklə, ABŞ dövlət qurumlarının istifadəsi üçün xüsusi olaraq hazırlanmış "ChatGPT Gov" platformasını təqdim edib.
Samir