Avropa Komissiyası (AK) maliyyə bazarlarında borclanmağa başlayıb ki, sonradan Ukraynaya 90 milyard avro məbləğində kredit təqdim etsin.
HİT.az xəbər verir ki, bu barədə “RIA Novosti” sənədlərə istinadla yazıb.
İlk tranşın Kiyevə cari ilin ikinci rübündə — mayın sonu–iyunun əvvəlində verilməsi gözlənilir. Eyni zamanda AK artıq kapital bazarlarında vəsait cəlb etməyə başlayıb.
22 apreldə Avropa İttifaqı Ukrayna üçün 90 milyard avro kreditin, həmçinin Rusiyaya qarşı 20-ci sanksiya paketinin qəbulunu təsdiqləyib. Kiyevə 2026–2027-ci illərdə dəstək üçün vəsaitlərin ayrılması Aİ sammitində ötən ilin sonunda razılaşdırılıb.
Gözlənilir ki, 60 milyard avro silah alışına, 30 milyard avro isə Ukraynanın büdcə ehtiyaclarına yönəldiləcək. Bununla belə, belə bir vəziyyət yarana bilər ki, Kiyev borclarını ödəyə bilmədiyi üçün kreditin qaytarılmasını Avropa İttifaqı özü həyata keçirməyə məcbur olsun.
Daha sonra “The Wall Street Journal” mənbələrə istinadla yazıb ki, Ukraynaya ayrılan 90 milyard avro kredit yetərli olmaya bilər. Belə halda Avropa İttifaqı artıq gələn il bu ölkə üçün yeni iri həcmli kredit cəlb etməli olacaq.
Samir


