Problemli kreditlərin artımı sürətlənə bilər

İQTİSADİYYAT
11:26 / 08.09.2026
172

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği yenidən yüksəlib.

Mərkəzi Bankın məlumatına görə, avqustun 1-nə ölkə üzrə problemli kreditlərin həcmi 723 milyon manata çatıb. İlin əvvəlindən bu göstəricidə 37,85 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 36,6 faiz artım qeydə alınıb. İyulun sonunda vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki payı 2,1 faizə yüksəlib. Müqayisə üçün qeyd edək ki, bu nisbət 2025-ci ilin sonunda 1,6 faiz, ötən ilin iyulunda isə 1,7 faiz təşkil edib.

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov Hit.az-a açıqlamasında bildirib ki, vaxtı keçmiş kreditlər yalnız əhalinin kreditlərindən ibarət deyil, sahibkarların kreditləri də bu göstəriciyə daxildir:

409178

“Birincisi, bu problemli kreditlər yalnız əhalinin kreditləri deyil, həm də sahibkarların kreditləridir. Çünki qiymət artımı şəraitində insanlar daha çox pul xərcləyirlər, gəlirləri isə azalır. Belə şəraitdə, təbii ki, insanlar kreditlərini vaxtında və tam şəkildə icra etməkdə çətinlik çəkirlər, həmçinin sahibkarlar da eyni problemlə üzləşirlər”.

Ekspert hesab edir ki, bu tendensiya gələcəkdə daha da güclənə bilər.

Sevinc

0