FT: Tramp "Azadlıq layihəsi"ni Səudiyyə Ərəbistanının müqavimətinə görə dayandırıb

DÜNYA
16:26 / 08.05.2026
42

ABŞ prezidenti Donald Trampın “Azadlıq layihəsi”ni gözlənilmədən dayandırması Səudiyyə Ərəbistanının müqaviməti ilə bağlı olub. 

HİT.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumatlı mənbələrə istinadən yazır.

Prezident Donald Tramp və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman / Evelyn Hockstein / Reuters

Məlumata görə, Ər-Riyad ABŞ hərbi gəmilərinin Fars körfəzində qalmış ticarət gəmilərini azad etmə əməliyyatını “düşünülməmiş” və “vəziyyəti daha da gərginləşdirən” addım kimi qiymətləndirib. Bu səbəbdən Səudiyyə Ərəbistanı ABŞ-yə öz hərbi bazalarından və hava məkanından istifadəni qadağan edib. Lakin nəşrin yazdığına görə, məhdudiyyətlər yalnız ABŞ prezidenti ilə Səudiyyə Ərəbistanının faktiki lideri şahzadə Məhəmməd bin Salman arasında telefon danışığından sonra ləğv edilib.

“Azadlıq layihəsi” Tramp tərəfindən 3 mayda elan olunmuşdu, lakin üç gün sonra müvəqqəti olaraq dayandırılıb. Prezident bu qərarı Pakistan və digər ölkələrin müraciətləri və İranla mümkün razılaşma istiqamətində “əhəmiyyətli irəliləyiş” ilə izah edib.

Ağ Evin anonim rəsmilərindən biri isə FT-nin Səudiyyə Ərəbistanının rolu ilə bağlı iddialarını təkzib edib və bunu “yalan xəbər” adlandırıb. Onun sözlərinə görə, bütün regional müttəfiqlər layihə barədə əvvəlcədən məlumatlandırılıb və heç bir məhdudiyyət tətbiq edilməyib.

Samir

0