Mabel Matiz Bakıda konsert verəcək – Bilet QİYMƏTLƏRİ

MƏDƏNİYYƏT
13:30 / 28.09.2026
45

Türkiyəli məşhur müğənni Mabel Matiz Azərbaycana gələcək.

Hit.az xəbər verir ki, ifaçı paytaxtımızda konsert verəcək.

O, 24 oktyabrda Bakı Konqres Mərkəzində çıxış edəcək. Özünəməxsus tərzi və unikal ifaları ilə seçilən sənətçi dillər əzbəri olan mahnılarını ölkəmizdəki pərəstişkarları qarşısında canlı oxuyacaq. Bilet qiymətləri isə 50 manatdan 240 manata qədərdir. Saat 20:00-da başlayacaq tədbir 90 dəqiqə davam edəcək.

Pərviz

0