Finlandiya Prezidenti Aleksandr Stubb bildirib ki, ABŞ lideri Donald Tramp son il yarım ərzində Ukraynadakı münaqişənin nizamlanması istiqamətində səylərini ikiqat artırıb.
HİT.az xəbər verir ki, onun sözlərini “Fox News” yayıb.
“Düşünürəm ki, hazırda, əlbəttə, prezident Trampın vəzifəsinin icrasına başlamasından əvvəlki dövrlə müqayisədə daha yaxşı vəziyyətdəyik. Son il yarım ərzində o, Stiv Uitkoff, Cared Kuşner və bir çox digər danışıqlar aparan şəxslərin köməyi ilə sülhə nail olmaq üçün həll yolu tapmağa çalışaraq səylərini ikiqat artırıb”, – Stubb bildirib.
Dövlət başçısı vurğulayıb ki, “Tramp həqiqətən də çox israrlı şəkildə çalışır”. Bununla əlaqədar o, Moskva ilə Kiyev arasındakı münaqişənin nizamlanması üçün həll yolunun tapılacağına ümid etdiyini bildirib.
Bundan əvvəl Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında Rusiya ilə Ukrayna arasında yaxın zamanda sülh sazişinin bağlanacağını gözlədiyini deyib. ABŞ prezidenti bildirib ki, o, Volodimir Zelenski ilə bir çox məsələdə razılaşır, lakin hazırda Ukrayna liderindən Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etməsini istəyir.
Samir


