Yaponiyanın nüvə sualtı qayıqları ilə bağlı planı üzə çıxdı

DÜNYA
18:59 / 07.10.2026
54

Yaponiya 2026-cı ilin sonunadək əsas təhlükəsizlik sənədlərinə nüvə sualtı qayıqlarına sahib olmaq imkanını daxil edə bilər. Hakim koalisiyadan olan qanunvericilər bu məsələdə israr edirlər. Lakin məsələ həssas olaraq qalır. 

HİT.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Kyodo” agentliyi məlumat yayıb.

Təşəbbüs Baş nazir Sanae Takaçinin administrasiyasında ölkənin müdafiə və təhlükəsizlik siyasətinin əsasını təşkil edən üç mühüm sənədin yenidən nəzərdən keçirilməsi prosesi fonunda ortaya çıxıb. Hazırda Yaponiya ordusunun silahlanmasında nüvə sualtı qayıqları yoxdur.

“Kyodo”nun mənbələri bildiriblər ki, sənədlərdə nüvə sualtı qayıqlarının qeyd olunması hələ hökumətin bu qayıqları almaq və silahlanmaya qəbul etmək barədə qərar verdiyi anlamına gəlməyəcək.

“Hesab ediriksə ki, nüvə sualtı qayıqları ilə bağlı məsələlər nəzərdən keçiriləcək, bu, belə gəmilərin alınıb-alınmayacağından asılı olmayaraq, daha konkret müzakirələrin aparılmasını asanlaşdıracaq”, - deyə agentliyin hökumətdəki həmsöhbətlərindən biri bildirib.

Yaponiya qanunvericiliyi nüvə enerjisindən istifadəni məhdudlaşdırır. Ölkənin əvvəlki hökumətləri isə bildiriblər ki, nüvə enerjisindən Özünümüdafiə Qüvvələrinin döyüş sualtı qayıqlarını hərəkətə gətirmək üçün istifadə edilə bilməz.

Yaponiya uzun müddət nüvə silahına sahib olmağı, onu istehsal etməyi və ölkə ərazisinə gətirməyi qadağan edən üç qeyri-nüvə prinsipinə riayət edib.

Samir
 

0