ABŞ-da Maskın milli təhlükəsizliyə təsiri ilə bağlı narahatlıq yarandı

DÜNYA
18:59 / 23.10.2026
59

ABŞ senatoru Kevin Kramer İlon Maskın ölkənin milli təhlükəsizliyinə təsirindən narahatlığını ifadə edib. Buna səbəb Ukraynada “Starlink” peyk rabitəsi sisteminin fəaliyyətinə qoyulan məhdudiyyətlərdir.

HİT.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Respublikaçı senator bildirib ki, ABŞ kosmik imkanlar sahəsində həddindən artıq dərəcədə bir şirkətdən asılı vəziyyətə düşüb. Onun sözlərinə görə, bir şəxsin və bir şirkətin Amerikanın kosmik məkanı müdafiə etmək imkanlarına təsir göstərməsi ciddi narahatlıq doğurur.

Kramer hesab edir ki, Vaşinqton peyklərin istehsalı və orbitə buraxılması sahələrində rəqabətin artırılması üçün əhəmiyyətli resurslar ayırmalıdır. Senator vurğulayıb ki, kosmik sahədə vahid təchizatçıdan asılılıq təkcə xərclərlə bağlı məsələ deyil və son həftələrdə baş verənlər bu risklərin daha ciddi olduğunu göstərib.

Bundan əvvəl “The Wall Street Journal” qəzeti ABŞ Prezidenti Donald Trampın Maskdan Ukrayna hərbçiləri üçün “Starlink” sisteminə tətbiq edilən məhdudiyyətləri aradan qaldırmağı xahiş etdiyini yazıb. Nəşrin mənbələrinin məlumatına görə, Tramp həftənin əvvəlində müşavirləri və müttəfiqləri ilə söhbətində Ukraynada peyk rabitəsinin sürətinin azaldılması siyasətinə son qoymaq niyyətini də ifadə edib.

Samir
 

0