Belarus Prezidenti Aleksandr Lukaşenkonun xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu sözləri Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont deyib.
“Ənənəvi olaraq gözlənilməz şayiələr yayılır”, - deyə sözçü bildirib.
Qeyd edək ki, Teleqram kanallarında Lukaşenkonun hipertonik kriz səbəbindən xəstəxanaya yerləşdirildiyi yazılmışdı.
Axar.az