Həftəlik reytinqlər: “Uzak Şehir”dən şok nəticə

MARAQLI
11:15 / 29.09.2026
113

Türkiyədə keçən həftənin ən çox izlənilən serialları bəlli olub.

Hit.az xəbər verir ki, 21-27 sentyabr tarixlərində “Total” kateqoriyasında ən yüksək reytinqi “Sevdan Bir Ateş” toplayıb.

Son illərə damğa vuran “Uzak Şehir”in isə reytinqlərdə geriləməsi davam edir. Adəçəkilən ekran işi onluqda 4-cü sıraya qədər düşüb. “Teşkilat” isə siyahıya geri qayıdıb. Diqqətçəkən məqamlardan biri də “Now” telekanalının siyahıya daxil ola bilməməsi olub.

Beləliklə, ötən həftənin ən yüksək reytinq toplayan serialları aşağıdakılardır:

1.    “Sevdan Bir Ateş” – “Show TV”
2.    “Altı Üstü İstanbul” – “ATV”
3.    “Daha 17” – “Kanal D”
4.    “Uzak Şehir” – “Kanal D”
5.    “Tuzlu Kahve” – “Star”
6.    “Sevdiğim Sensin” – “Star”
7.    “Güller ve Günahlar” – “Kanal D”
8.    “Kızılcık Şerbeti” – “Show TV”
9.    “Teşkilat” – “TRT1”
10.    “Güneşin Doğduğu Yer” – “ATV”.
 

Pərviz Şimşək

0