Neft bahalaşır: "Azərbaycan iqtisadiyyatı ili uğurla başa vuracaq"

İQTİSADİYYAT
17:23 / 14.09.2023
633

ABŞ Enerji İnformasiya Administrasiyası (EIA) 2023-cü ilin Sentyabr ayı üçün hesabatını açıqlayıb. Hesabatda EIA bu il və gələn il üçün neft qiymətləri proqnozunu artırıb. Bildirilib ki, Brent tipli 1 barel xam neftin qiyməti 2023-cü ilin son rübü ərzində orta hesabla 93 dollar səviyyəsinə çatacaq.

Bu da 2023-cü il üçün orta hesabla  84,46 dollar qiymətləndirilib.

Bəs, qiymətlərin qalxması Azərbaycan üçün nə vəd edir?

Hit.az-a açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib ki, bu, Azərbaycan üçün yaxşı qiymətləndirilə bilər:

"Bu, Azərbaycan üçün ili uğurla başa vurmaq deməkdir. Bu, daha sonra büdcəmizdə hər hansısa kəsrin yaranmasına dair vəziyyətin yaranmamasına istiqamətlənir. Maliyyə dayanıqlılığımızın, ilin sonuna büdcə profisitinin tam əminliklə ifadəsini təsdiq edəcək. Nəzərə almaq lazımdır ki, neftin qiymətinin büdcə xərclərində götürülən diversifikasiya olunmuş  səviyyəsi var.

 O da bütün öhdəliklərə uyğun həyata keçir. Beləliklə, bu proqnoz deməyə əsas verir ki, 2023-cü il Azərbaycan iqtisadiyyatı üçün büdcənin idarə olunması ilə bağlı kompleks tədbirlərin uğurla həyata keçirilməsi təmin olunacaq".

Aynur Əli

0