Hansı sahələrdə çalışanların xarici dil biliyi olmalıdır?

İQTİSADİYYAT
22:37 / 08.01.2024
235

Xarici dil öyrənməyə çalışanların, dil kurslarına müraciət edənlərin sayı artıb desək, yanılmarıq. Ancaq elə iş elanları var ki, xadimə, aşpaz və digər sahələr üzrə xarici dil bilmə tələb olunur. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirib ki, bəzi iş yerlərinin işə götürərkən, insanlardan dil bilgisi tələb etməsi absurddur: 

“Bu problemi həll etmək üçün Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısı müəyyən edilməlidir. İşçilərin bilik və bacarıqlarının artırılmasına xərc çəkmək işəgötürənin borcudur. Maraqlıdır ki, ölkəmizdə xarici dil bilikləri tələb olunan iş yerlərinin təsdiq olunmuş siyahısı yoxdur. Bununla belə, biznesin öz maraqları var. Bu gün müasir restoranda, yaxud satış şəbəkəsində heç olmasa ingilis və ya rus dilini elementar səviyyədə bilən satıcılara və ofisiantlara ehtiyac var. İndi taksi sürücülərinə də dil öyrədirlər ki, müştəri ilə danışıq apara bilsin. Amma elə işlər var ki, orada dilə dair tələb qoymaq absurddur. Məhz bu baxımdan Nazirlər Kabineti tərəfindən dil tələbi olan işlərin və vəzifələrin siyahısı müəyyən edilməlidir. Eyni zamanda işəgötürənlər də işçilərin bilik və bacarıqlarının artmasına xərc çəkməyə borcludular”.

Sevinc

0