Avtobusların sayı azalır? - \"Mənfi təsirləri olacaq\"

13:24 / 10.01.2024
321

"Avtobusların sayının azaldılması bu və ya digər formada sərnişin daşımaya mənfi təsir göstərəcək".

Bu sözləri Hit.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib. 

O, bunun mənfi tərərflərinin olacağını diqqətə çatdırıb:

341498

"Nəticədə intervallar artacaq, avtobusların gəlmə vaxtı daha da uzanacaq. Sərnişinin yolda olduğu vaxtın artması isə dolayısı ilə narahatlığa gətirib çıxara bilər. Ona görə də avtobusların sayını azaltmaq düzgün deyil". 

Ekspert qeyd edib ki, şəhərətrafı ərazilərdə hələ də köhnə avtobuslar istifadə olunur:

"Şəhərin mərkəzi küçələrində fəaliyyət göstərən marşrut xətlərindəki avtobuslar yenilənib. Lakin Bakının ətraf kəndlərinə və qəsəbələrinə hərəkət edən avtobuslar köhnədir. Bunun səbəbi isə ölkəyə gətirilən bir avtobusun xərcinin baha olmasıdır. Bunun üçün də dövlət sahibkarlara yardım etməlidir". 

Pərviz

0